<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Ey Allahım, mənim Allahım Sənsən,
 «Ey Allahım» - ən müqəddəs, əziz sözüm.
 Sənin Adınla əllərimi qaldırıram mən göylərə.
 Canım Sənə susayıbdır quraq diyarda,
 Canım Sənə susayıbdır susuz diyarda.

[V2]
 Ey Allahım, səsimi duamda eşit,
 Ey Allahım, məni dinlə, ürəyimi bil.
 Mərhəmətin Göylər qədər, həqiqətin asimandır
 Həyat qaldıqca, Sənə şükürlər edəcəyəm mən.

[V3]
 Ey Allahım, sığınmışam Sənin qoynuna,
 Ey Allahım, məhəbbətindir məni yaşadan.
 Dilimizdən qoy düşməsin Sənin adın bircə an da,
 Buna layiqsən, buna layiqsən, qadir Allahım.</lyrics>
<title>Ey Allahım, mənim Allahım Sənsən, İL418</title>
<hymn_number>418</hymn_number>
</song>